İranda Məhsa Əminin ölümündən sonra başlayan etiraz aksiyaları

İranda Məhsa Əminin ölümündən sonra başlayan nümayişlər 17-ci gündə də davam edib.

1888047
İranda Məhsa Əminin ölümündən sonra başlayan etiraz aksiyaları

İranda Məhsa Əminin ölümündən sonra başlayan nümayişlər 17-ci gündə də davam edib.

Tələbələrin İslam Cəmiyyəti Birliyindən verilən məlumata görə, Təbriz, "Əmirkəbir” texnologiya universiteti, İsfahan Texnoloji, “Təribat Mədərəs” universiteti, Bircend, Urmiyə, “Əllamə Təbatəbai” universiteti, Bender Abbas Sağlamlıq Elmləri və Zehra Universiteti kimi bir çox universitetin tələbələri müxtəlif nümayişlər təşkil ediblər.

Bəzi universitetlərdə oturaq aksiyalar keçirilərkən, bəzilərində dərslər boykot edilib, bəzi universitetlərdə şüarlarla yürüşlər keçirilib.

Tələbələr hökumət əleyhinə şüarlar səsləndirərək, saxlanılanların tezliklə azadlığa buraxılmasını tələb ediblər.

Bəzi universitetlərdə fakültə üzvləri də tələbələrin etirazlarını dəstəkləyərək, saxlanılan tələbələrin azadlığa buraxılmasını tələb ediblər.

Sosial mediada əksini tapan xəbərdə Əlburz vilayətinin Kərəc şəhərində lisey şagirdlərinin şüarlar səsləndirərək qısa yürüş həyata keçirdikləri bildirilib.

Xatırladaq ki, sentyabrın 13-də Tehranda "əxlaq polisi" kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi ölkədə hiddətə səbəb oldu. Sentyabrın 17-də Əmini doğulduğu Saqqızda dəfn etdikdən sonra nümayişlər ölkənin bir çox şəhərlərinə yayıldı.

İran dövlət televiziyası nümayişlər zamanı təhlükəsizlik qüvvələri də daxil olmaqla 41 nəfərin həyatını itirdiyini açıqlayıb.

Ölkənin bir çox şəhərlərində, xüsusən də Tehranda universitetlərdə nümayişlər keçirilib.

Bu çərçivədə paytaxt Tehran başda olmaqla bir çox şəhər və universitetlərdə nümayişlər keçirilib və eyni fəallıq küçələrdə də öz əksini tapıb.

Tehranın Şərif Texnologiya Universitetində nümayişçilərlə hüquq-mühafizə orqanları arasında qarşıdurma olub və çoxlu sayda nümayişçinin saxlanıldığı və yaralananların ola biləcəyi bildirilib.



Әlaqәli Xәbәrlәr