Putin Xerson və Zaporojyenin müstəqilliyini tanıyır

Putin sentyabrın 30-da Xerson və Zaporojye vilayətlərinin müstəqilliyinin tanınması haqda fərmanlar imzalayıb.

1886625
Putin Xerson və Zaporojyenin müstəqilliyini tanıyır

Putin fevralın 24-də isə Ukraynanın işğalına başlamazdan bir gün öncə Luhansk və Donetsk vilayətləri ilə bağlı oxşar addım atıb.

Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə bu gün (30 sentyabr) Kreml Sarayında sözügedən bölgələrin Rusiyaya ilhaqı ilə bağlı mərasim keçiriləcək.

ABŞ və BMT isə Rusiyanın ilhaq mərasimi planlarını sərt şəkildə pisləyib.

Bundan öncə Ukraynanın dörd vilayətində Rusiyaya birləşməklə bağlı qondarma referendum keçirilib. Vilayətlərə Moskvanın təyin etdiyi məmurlar seçicilərin yekdilliklə Rusiyaya birləşməyə səs verdiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr