Volodimir Zelenski prezident Ərdoğana təşəkkür edib

Ukrayna prezidenti Volodimir Zelenski dünən (28 sentyabr) prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra paylaşdığı videomüraciətlə ona təşəkkür edib.

1886356

“Mən bir daha prezident Ərdoğana xalqımızın Rusiya əsarətindən azad edilməsinə kömək etdiyinə görə təşəkkür etdim. Türkiyedə olan Azovstaldan gələn komandirlər yaxın vaxtda ailələri ilə görüşə biləcəklər. Biz məsələ üzərində işləyirik”, - deyə Zelenski deyib. 

Zelenski həmçinin prezident Ərdoğanla müdafiə sahəsində daha çox əməkdaşlığı müzakirə etdiklərini bildirib.

Türkiye Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, telefon danışığında fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi ilə bağlı hadisələr müzakirə edilib.

Görüş zamanı Ərdoğan Rusiya ilə Ukrayna arasında uzun müddətdir çalışdıqları əsir mübadiləsinin uğurla başa çatmasından böyük məmnuniyyət duyduğunu bildirib.

Әlaqәli Xәbәrlәr