İranda etiraz aksiyaları davam edir

Loristan Baş prokuroru M.Rezm paytaxt Tehranda nümayişlər zamanı həyatını itirən Loristan mühafizəçisi Fərid Kerempurun ailəsini ziyarət edib.

1886000
İranda etiraz aksiyaları davam edir
iran.jpg
İran_etiraz nümayişləri_.jpg

İranda Loristan Baş prokuroru Məhəmməd Rezm “çadra qaydalarına tabe olmamaq” səbəbi ilə nəzarətə götürülərək xəstəxanaya aparılan Məhsa Əminin ölümündən sonra başlayan nümayişlərə görə şəhərdə 120 nəfərin nəzarətə alındığını açıqlayıb.

Loristan Baş prokuroru Rezm paytaxt Tehranda nümayişlər zamanı həyatını itirən Loristan mühafizəçisi Fərid Kerempurun ailəsini ziyarət edib.

Rezm ziyarət zamanı verdiyi açıqlamada son nümayişlərə görə şəhərdə 120 nəfərin saxlanıldığını, bu şəxslərə qarşı bir çox ittihamların irəli sürüldüyünü və qanunda nəzərdə tutulan cəzaları alacaqlarını bildirib.

Qeyd edək ki, hadisələr davam edərkən təhlükəsizlik qüvvələri məhkəmələrin təlimatı ilə etirazlarda iştirak edən və “ictimai təhlükəsizliyə təhdid yaradan” nümayişçilərə qarşı həbs dalğasına başlayıb. Bu çərçivədə Gilanda 739, Mazandəranda 450, İlamda 180 nəfərin həbs edildiyi bildirilib. 

Tehran Universiteti Tələbələr Birliyi ən azı 30 tələbənin saxlanıldığını, Tehran Jurnalistlər Birliyi isə 10 jurnalistin saxlandığını açıqlayıb.

Saxlanılanların ümumi sayının 2000-dən çox olduğu təxmin edilir.

Bu arada ölkədə nümayişlər davam edir.

Paytaxt Tehranın Sadikiyə meydanı ətrafında etirazçılara sürücülər avtomobillərinin siqnallarını çalaraq dəstək veriblər.

Bu arada, "könüllü milis qüvvələri" kimi tanınan Besic üzvləri sözügedən avtomobillərin kapotlarına vuraraq müdaxilə edib.

Sadikiye Meydanının bir hissəsini bağlayan təhlükəsizlik qüvvələrinin siqnal verən vasitələrin qeydlərini də saxladığı görülüb. Təhlükəsizlik qüvvələri bölgədə Settar Xana gedən yolu barrikadalarla bağlayıb.

Nümayişlər paytaxtın İtaliya, Taleqani və Qüds küçələri ilə Fələstin meydanı ətrafında davam edib.

Bu arada, universitet tələbələri Tehrandakı nümayişlərə görə distant təhsilə keçidə etiraz edərkən, bəzi professor-müəllim heyəti həbsdə olan tələbələrinin sərbəst buraxılmasını tələb edərək dərsləri dayandırdıqlarını açıqlayıb.

Sosial mediada əksini tapan xəbərlərə görə, Tehranla yanaşı, Buşehr, Şiraz və Yəzd kimi şəhərlərdə də nümayişlər keçirilib.

Xatırladaq ki, sentyabrın 16-da İranın paytaxtı Tehranda əxlaq polisi kimi tanınan İrşad patrulları tərəfindən “çadra qaydalarına tabe olmamaq” səbəbi ilə nəzarətə götürülərək xəstəxanaya aparılan Məhsa Əminin ölümü sentyabrın 16-da ölkədə hiddətə səbəb oldu. Sentyabrın 17-də Əmininin şəhəri Sakkızda dəfnindən sonra başlayan etiraz aksiyaları qısa zamanda bir çox şəhərə yayıldı. 

İran dövlət televiziyası nümayişlər zamanı təhlükəsizlik qüvvələri də daxil olmaqla 41 nəfərin həyatını itirdiyini açıqlayıb.

Digər tərəfdən, İran prezidenti İbrahim Rəisi nümayişlərlə bağlı açıqlama verib:

“Tənqid və etiraz ilə qarışıqlıq və xaos arasında sərhəd çəkilməlidir”. 

İran dövlət televiziyasında canlı yayımlanan proqramda İbrahim Rəisi Məhsa Əminin ölümündən sonra ölkəyə təsirli olan etiraz dalğasını və “əxlaq polisi” kimi tanınan İrşad patruluna yönəldilmiş tənqidləri dəyərləndirib.

Mahsa Əminin ölümünün hər kəsi üzdüyünü və hadisənin məhkəməyə aparıldığını bildirən Rəisi hadisənin ədliyyə tibbi tərəfindən araşdırıldığını və yekun hesabatın bir neçə gün ərzində açıqlanacağını gözlədiklərini bildirib.

Rəisi ölkədə ölümlə nəticələnən etirazlardakı zorakılıq hərəkətlərini “düşmənlərin sui-qəsdləri” kimi xarakterizə edib:

"Bəzi problemlərlə bağlı müzakirələr, tənqidlər, hətta etirazlar belə səhv deyil. Tənqidlə etirazla təlatüm və xaos arasında sərhəd çəkilməlidir. Dünyanın heç bir yerində qarışıqlıq və xaos qəbuledilməzdir".



Әlaqәli Xәbәrlәr