Hindistanda bərə batıb, onlarla sərnişin itkin düşüb

Hindistanın Assam əyalətində sərnişin bərəsinin batması nəticəsində çox sayda insan itkin düşüb.

1886399
Hindistanda bərə batıb, onlarla sərnişin itkin düşüb

TRT-nin ölkə rəsmilərinə istinad etdiyi xəbərə görə sərnişinləri daşıyan bərə əyalətin Dhubri bölgəsində Brahmaputra çayında batıb. Gəminin göyərtəsində 29 nəfər olub. Onlardan bəziləri xilas edilsə də 5-10 nəfəri itkin düşüb. Axtarış-xilasetmə işləri davam edir.

Yerli mətbuatın məlumatına görə, bərədəkilər çayda araşdırma aparan dövlət qulluqçuları idi.



Әlaqәli Xәbәrlәr