MDB Koordinasiya Şurasının XVI iclası keçirildi

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin məlumatına görə...

1884843
MDB Koordinasiya Şurasının XVI iclası keçirildi

 

  Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin ərazilərinin xüsusi təhlükəli yoluxucu xəstəliklərinin ölkəyə gətirilməsi və yayılmasından sanitar müdafiəsi problemləri üzrə Koordinasiya Şurasının XVI iclası keçirilib. İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

  MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin məlumatına görə, iclasda Koordinasiya Şurasının üzvləri ötən dövr ərzində görülmüş işlərə yekun vurub, 2023–2024-cü illər üçün plan qurub, fövqəladə vəziyyət zonasında birgə iş üçün əhalinin sanitar-epidemioloji salamatlığı və mütəxəssislər reyestrinin formalaşması sahəsində fövqəladə hallarla bağlı informasiya mübadiləsi məsələləri müzakirə olunub.

  Bundan başqa, MDB ölkələrinin ekspertləri sanitar-epidemioloji xarakterli ictimai səhiyyə sahəsində fövqəladə halların qarşısının alınması və cavab tədbirlərinə dair əməkdaşlıq barədə Sazişin layihəsinin hazırlanmasının gedişi haqqında məlumata, bir sıra təşkilati məsələlərə baxıblar.

  Koordinasiya Şurasının növbəti iclasının 2024-cü ilin payızında keçirilməsi qərara alınıb.



Әlaqәli Xәbәrlәr