Udmurtiyada məktəb faciəsi ilə bağlı matəm elan olunub

Rusiyanın Udmurtiya Respublikasının İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 7-si uşaq olmaqla 13 nəfərə çatıb.

1884595

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, 14-ü uşaq olmaqla daha 21 nəfər yaralanıb.

Baş vermiş faciə ilə əlaqədar üçgünlük matəm elan olunub.

Atəş açan şəxs özünü güllə ilə vuraraq intihar edib. Onun kimliyi hələlik məlum deyil.

Әlaqәli Xәbәrlәr