Ukraynanın Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibəti

Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib.

1882802
Ukraynanın Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibəti

“Ukraynanın məhv edilməsini tələb edənlər səfərbərlik əldə etdilər".

Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak özünün "Twitter" səhifəsində yazıb.

“Üçgünlük müharibə”nin 210-cu günüdür. Ukraynanın məhv edilməsini tələb edən rusiyalılar nəticədə bunları əldə etdilər:

Səfərbərlik, sərhədlərin bağlanması, bank hesablarının dondurulması, fərariliyə görə həbsxana, Özəl Hərbi Şirkətlərdəki döyüşçülər üçün xüsusi məhbus dəstələri.

Hər şey hələ də plana uyğun gedir, deyilmi? Həyatın çox gözəl yumor hissi var”, - Prezident Ofisinin rəsmisi qeyd edib. 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. 



Әlaqәli Xәbәrlәr