İranda keçirilən aksiyalar zamanı iki nəfər ölüb

İran dövlət televiziyasının xəbərinə görə, Kirmanşahın baş prokuroru Şehram əmi dünən axşam saatlarında vilayətdə keçirilən itarazlar zamanı ictimai mülklərin dağıdıldığını bildirib.

1882839
İranda keçirilən aksiyalar zamanı iki nəfər ölüb

İranda 22 yaşlı Məhsa (Jina) Əmininin "baş örtüyü qaydalarına əməl etmədiyi" səbəbi ilə saxlanıldıqdan sonra ölümü qarşısında başlayan  iğtişaşlar davam edərkən Kirmanşah vilayətində 2 nəfər ölüb, 25 nəfər yaralanıb.

İran dövlət televiziyasının xəbərinə görə, Kirmanşahın baş prokuroru Şehram əmi dünən axşam saatlarında vilayətdə keçirilən itarazlar zamanı ictimai mülklərin dağıdıldığını bildirib.

Ş.Kərəmi dünən Kirmanşahdakı etiraz aksiyaları zamanı iki nəfərin öldürüldüyünü açıqlayıb:

“Araşdırmalar açıq şəkildə göstərir ki, bu, qiyamçılar tərəfindən edilib, çünki onlar təhlükəsizlik və ordunun inventarında olmayan silahlarla öldürülüblər”. 

O, iğtişaşlar zamanı biri polis əməkdaşı olmaqla 25 nəfərin yaralandığını açıqlayıb.

Paytaxt Tehranda Hafiz körpüsü və Vəliəsr küçəsi ətrafında gecə saatlarına qədər davam edən etirazlar günorta saatlarında yenidən başlayıb.

Aksiyaçılar küçələrə çıxaraq Tehran administrasiyası əleyhinə şüarlar səsləndirərkən, təhlükəsizlik qüvvələri də onlara müdaxilə edir.

Şəhərin mərkəzindəki aksiyalarla yanaşı, Tehran və Əl-Zəhra Universitetlərində etirazların başlaması xəbərləri mediada öz əksini tapıb.

Tehran valisi Möhsin Mənsuri "Twitter" hesabında paylaşım edərək, “Tehranda baş verən hadisələrdə bəzi səfirliklərin və xarici kəşfiyyat xidmətlərinin izləri açıq şəkildə görünür. Tehranda üç xarici vətəndaş saxlanılıb” deyib.

Mazandaran əyalətinin mərkəzi olan Saridə aksiyaçıların dövlət qurumunun divarından inqilab lideri Ruhullah Xomeyni və İranın dini lideri Əli Xamneyinin plakatlarını endirməsinin görüntüləri də sosial şəbəkələrdə əksini tapıb.

Bu arada İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, nazirliyin sözçüsü Nasir Kənani ABŞ, Avropa İttifaqı və bəzi ölkələrin açıqlamalarını "İranın daxili işlərinə müdaxilə" kimi qiymətləndirib və "qınadıqlarını" bildirib. 

Nəzərə çatdıraq ki, sentyabrın 16-da 22 yaşlı Məhsa (Jina) Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib.
Kürdüstan vilayətinin valisi İsmail Zareikuşa əyalətdə dünənki nümayişlərdə 3 nəfərin həyatını itirdiyini bildirsə də, bu insanların təhlükəsizlik qüvvələri tərəfindən deyil, “təxribatçılar” tərəfindən öldürüldüyünü iddia edib.



Әlaqәli Xәbәrlәr