Zaporojye Atom Elektrik Stansiyasının sonuncu reaktoru dayandırıldı

Ukrayna Dövlət Nüvə Enerjisi Şirkəti “Energoatom” tərəfindən verilən yazılı məlumatda bildirilir...

1878415
Zaporojye Atom Elektrik Stansiyasının sonuncu reaktoru dayandırıldı

 

  Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında işləyən sonuncu reaktor dayandırıldı.

  Ukrayna Dövlət Nüvə Enerjisi Şirkəti “Energoatom” tərəfindən verilən yazılı məlumatda bildirilir: “Bölgədəki qarşıdurmalar səbəbindən Zaporojye Atom Elektrik Stansiyasının Ukrayna şəbəkəsi ilə bütün əlaqələri zədələnib. Stansiyanın Ukrayna şəbəkəsi ilə əlaqəsi sentyabrın 11-nə keçən gecə bərpa edilib. Bundan sonra stansiyaya elektrik enerjisi verilib. Stansiyada işləyən yeganə reaktorun fəaliyyətinin dayandırılaraq ən təhlükəsiz “soyuq dayanma” vəziyyətinə salınması qərara alınıb”.

  Xatırladaq ki, Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır. 6 nüvə reaktoru və 5700 meqavat-saat elektrik enerjisi istehsal gücünə malik elektrik stansiyası Ukraynanın ümumi elektrik enerjisinin 20 faizini təmin edir.

  Zaporojye Atom Elektrik Stansiyası martın 4-də Rusiya tərəfindən ələ keçirilib. Hazırda Rusiya ordusunun nəzarətində olan elektrik stansiyasının ətrafında artilleriya hücumları həyata keçirilir. Ukrayna və Rusiya bu hücumlara görə bir-birini günahlandırır.

  Qeyd edək ki, Rusiya fevralın 24-dən Ukraynaya hücuma başlayıb.



Әlaqәli Xәbәrlәr