Suriyada qaz yataqlarına raket zərbələri endirilib

Suriyanın şərqindəki Deyr əz-Zor şəhərindəki Ömər və Kuniko qaz yataqlarının ətrafına raket zərbələri endirilib.

1872084
Suriyada qaz yataqlarına raket zərbələri endirilib

Deyr əz-Zorda İranın dəstəklədiyi xarici terrorçu qrupların olduğu bölgələrdən təşkil edilən raket hücumları nəticəsində Ömər və Kuniko qaz yataqlarında fəsad yaranmadığı bildirilir.

Qeyd edilir ki, hücum təşkil edilən qaz yataqlarının yaxınındakı bazalarda yerləşən ABŞ qüvvələri raketlərin gəldiyi istiqamətə artilleriya və raket zərbələri endiriblər.

ABŞ Mərkəzi Komandanlığı “CENTCOM”-dan yayılan açıqlamada hücumun arxasında İranın dəstəklədiyi qrupların olduğuna diqqət çəkilib və terrorçulara lazımlı cavab verilərək 2 və ya 3 silahlının öldürüldüyü, çoxlu sayda silah-sursat ilə 3 maşının məhv edildiyi bildirilib.

Qeyd edək ki, Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri ABŞ-ın dəstəklədiyi separatçı terror təşkilatı YPG/PKK tərəfindən işğal edildikdə, şəhər mərkəzi ilə bəzi kəndlər Əsəd rejimi və İran tərəfdarı qrupların nəzarətindədir.

 



Әlaqәli Xәbәrlәr