Terror tәşkilatı YPG/PKK Mare bölgәsinә hücum edib

Suriyanın Tel Rıfat rayonundakı mövcudluğunu davam etdirәn separatçı terror təşkilatı YPG/PKK-nın müxaliflərin nəzarətində olan Mare rayonuna tәşkil etdiyi hücum nәticәsindә bir mülki vәtәndaş hәyatını itirib.

1869660

YPG/PKK terrorçuları Türkiyə ilə Rusiya arasında 2019-cu ilin 22 oktyabr tarixində imzalanan razılaşmaya əsasən Tel Rıfat rayonundan çıxmalı idilәr. Terror tәşkilatı bölgәdәki mövcudluğunu davam etdirәrәk әtrafdakı yaşayış mәntәqәlәrәrinә hücum edir.

Mәlumata әsasәn, terrorçular Tel Rifatdan Mare rayonuna üç raket mәrmisi atıblar. Terror aktı nəticəsində bir mülki vәtәndaş həlak olub.

YPG/PKK terrorçuları 2016-cı ilin fevralında Rusiyanın havadan verdiyi dәstәk sayәsindә Tel Rıfat və ətrafındakı bәzi yaşayış mәntәqәlәrini nәzarәtinә keçirib. Terror tәşkilatının törәtdiyi  hücumlar nәticәsindә bölgәdәki 250 min adam evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.

Әlaqәli Xәbәrlәr