Məsciddə partlayış, 21 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabildə axşam namazı zamanı məsciddə partlayış olub, 21 nəfər həyatını itirib.

1869535
Məsciddə partlayış, 21 nəfər ölüb

TRT xəbər verir ki, Kabil Polis İdarəsinin sözçüsü Halid Zadran Tolo telekanala hadisə ilə əlaqəli açıqlama verib. Qeyd edib ki, Sadiqiyə məscidində axşam namazı zamanı baş verən partlayışda 21 nəfər həyatını itirib, 33 nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Talibanın sözçüsü Zabihullah Mücahid isə sosial media hesabında paylaşdığı açıqlamada hadisəni pisləyib və cinayətkarların ən qısa zamanda tutulacaqlarına əminliyini bildirib.

Türkiyə Xarici İşlər Nazirliyi də terror aktında həyatını itirənlər  üçün  başsağlığı   verib.  



Әlaqәli Xәbәrlәr