İraqdakı siyasi liderlər erkən seçkilərin keçirilməsi barədə razılaşıblar

İraqdakı siyasi liderlər ölkənin qarşı-qarşıya olduğu mövcud böhrandan çıxmaq üçün "konstitusiya çərçivəsində erkən seçkilərin keçirilməsi" barədə razılaşıblar.

1869278
İraqdakı siyasi liderlər  erkən seçkilərin keçirilməsi barədə razılaşıblar

İraqdakı siyasi liderlər ölkənin qarşı-qarşıya olduğu mövcud böhrandan çıxmaq üçün "konstitusiya çərçivəsində erkən seçkilərin keçirilməsi" barədə razılaşıblar.

İraq Baş Nazirliyindən verilən yazılı açıqlamaya görə, Prezident Bəham Saleh, Ali Məhkəmə Şurasının sədri Fayik Zeydan, Birləşmiş Millətlər Təşkilatının (BMT) İraq missiyasının nümayəndəsi Jeanine Hennis-Plasschaert ilə ölkədəki şiə, sünni, kürd, türkmən və xristian icmasının nümayəndələri Baş nazir Mustafa Əl-Kazıminin rəhbərliyi altında paytaxt Bağdaddakı hökumət sarayında bir araya gəlib.

Ölkədəki siyasi böhranın müzakirə edildiyi toplantıda Sədr Hərəkatının nümayəndəsi iştirak etməyib.

Növbədənkənar seçkilərin yenidən keçirilə biləcəyi ilə razılaşan liderlər bu prosesin konstitusiya çərçivəsinə uyğun olmasını istəyiblər.

İclasda konstitusiya çərçivəsində yol xəritəsinin hazırlanması məqsədilə milli dialoq danışıqlarının davam etdirilməsi qərara alınıb.

İraq siyasi liderlər ayrıca Sədr Hərəkatını bu milli dialoq görüşlərində iştirak etməyə çağırıblar.

Xatırladaq ki, İraqda ən böyük kütləvi icmaya malik şiə dini və siyasi lider Müqtəda əs-Sədr oktyabrda keçirilən seçkilərdə qalib gəlsə də hökuməti qura bilmədi, sonra isə öz qrupundakı müavinlərini istefa etdirərək siyasətdən getdiyini açıqladı. Sədrdən sonrakı hökuməti qurmaq vəzifəsi onun rəqibi olan Koordinasiya Çərçivəsinə keçmişdi.

Koordinasiya Çərçivəsi keçmiş əmək və sosial işlər naziri Məhəmməd Şia Sudanini baş nazirliyə namizəd kimi seçdiyini elan etdikdən sonra Sədr tərəfdarları etiraz aksiyalarına başlayıb.

Sədrə sadiq qruplar iki həftədən çoxdur ki, Bağdadın Yaşıl Zonasında Parlament bağçasında oturaq aksiyalar keçirir. Sözügedən aksiyalara görə Məclis toplana bilmir.

Sədr konstitusiya, məhkəmə idarəetməsi və rejim dəyişikliyi ilə erkən seçkilərin keçirilməsini istəyir. Sədrin rəqibi, İranın dəstəklədiyi Şiə Koordinasiya Çərçivəsi bu tələblərə etiraz edir və bunun Parlament tərəfindən həll edilməli olduğunu bildirir.

Şiə Koordinasiya Çərçivəsi tərəfdarları "dövlət və konstitusiyanın qorunması" səbəbi ilə Yaşıl Zona qapısında oturaq aksiyalarını davam etdirirlər.

Sədr Koordinasiya Çərçivəsi rəhbərlərinin “masaya qayıt” çağırışlarına “bir daha onlarla dialoq masasına oturmayacağı” sözləri ilə cavab vermişdi.



Әlaqәli Xәbәrlәr