İran parlamenti qapalı iclas keçirib

İran nüvə danışıqlarının yekunlaşdığını və razılaşma prosesinin başladığını elan edib.

1869246
İran parlamenti qapalı iclas keçirib

İran nüvə danışıqlarının yekunlaşdığını və razılaşma prosesinin başladığını elan edib.

İran parlamenti nüvə müzakirələrinin nəticələri və mümkün nüvə razılaşmasının qiymətləndirilməsi ilә әlaqәdar  qapalı iclas keçirilib.

İclasla bağlı bәyanat verәn İran  Mәclisinin rәsmisi Ebülfəzl Emuyi son həftələrdə nüvə danışıqlarında irəliləyişin  əldə edildiyini və bu sәbәbdәn  parlamentdə yüksək səviyyəli hökumət rəsmilərinin iştirakı ilə qapalı iclasın keçirildiyini bildirib.

Emuyi qeyd edib ki, mümkün razılaşma üçün əsas məqam İran xalqının iqtisadi maraqlarını təmin etməkdir.

“Vətəndaşlarımızın iqtisadi ehtiyaclarını ödəmək üçün neft satışından əldə olunan resurslar әlçatan olmalıdır’’,-deyә İran  Mәclisinin rәsmisi qeyd edib.

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədr müavini Abbas Müqtədayi isә qeyd edib ki, 2021-ci ilin aprelindən davam edən danışıqlar prosesi artıq başa çatıb.

"Danışıqlar başa çatıb, razılaşma prosesi davam edir’’,-deyә İran parlamentinin Milli təhlükəsizlik komissiyasının sədr müavini qeyd edib.

2015-ci ildə İran ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya (5+1) arasında Tehranın nüvə fəaliyyətlәrinә dair saziş imzalanıb. 2018-ci ildə isә ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə rəsmi Vaşinqton birtərəfli qaydada sazişdən çıxıb  və İrana qarşı sanksiyaları bərpa edib. Rәsmi Tehran da  müqavilədəki öhdəliklərini tədricən dayandırıb və uranın zənginləşdirilməsi ilә әlaqәdar fəaliyyətləri bərpa edib.

Müqavilənin yenidən həyata keçirilməsini və ABŞ-ın razılaşmaya qayıtmasını təmin etmək məqsədilə  2021-ci ilin aprel ayından etibarәn Avstriyanın paytaxtı Vyanada Avropa İttifaqının koordinasiyası ilə aparılan danışıqlar nəticəsində hazırlanan mətn İran, ABŞ və digər iştirakçılara göndərilib. Tehran və Vaşinqton administrasiyaları da Avropa İttifaqının təqdim etdiyi yeni həll təkliflərini alqışladıqlarını bəyan ediblər. Rәsmi Vaşinqton  Tehranın sazişdəki öhdəliklərinə әmәl etmәsini, İran isə sazişdən çıxan tərəf kimi ABŞ-dan ilk növbədə sazişə qayıtmasını, bütün sanksiyaları ləğv etməsini və bir daha sazişdən çıxmayacağına dair təminat verməsini tələb edir.

 



Әlaqәli Xәbәrlәr