Krımda sursat anbarının təxribat nəticəsində partladığı açıqlanıb

Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımın Canköy bölgəsindəki hərbi anbarın “təxribat” nəticəsində partladığı bildirilib.

1868618
Krımda sursat anbarının təxribat nəticəsində partladığı açıqlanıb

Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımın Canköy bölgəsindəki hərbi anbarın “təxribat” nəticəsində partladığı bildirilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Canköy qəsəbəsi yaxınlığındakı hərbi anbar təxribat nəticəsində partlayıb. Hadisə zamanı mülki infrastruktura, elektrik stansiyasına, dəmir yollarına və mülki yaşayış evlərinə ziyan dəyib.

Bəyanatda təxribatın nəticələrinin aradan qaldırılması üçün lazımi tədbirlərin görüldüyü qeyd edilib.

Hadisə nəticəsində 2 nəfərin yaralandığı da bildirilib.

Rusiya Müdafiə Nazirliyi bəyan etmişdi ki, Krımın Canköy rayonunun Mayskoye kəndi yaxınlığında hərbi hissəyə məxsus sursatların müvəqqəti saxlandığı ərazidə baş verən yanğın nəticəsində sursat partlayıb.



Әlaqәli Xәbәrlәr