Krımda müvəqqəti silah-sursat anbarında partlayış olub

Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımda silah-sursatın müvəqqəti saxlanıldığı anbarda partlayış olub.

1868381
Krımda müvəqqəti silah-sursat anbarında partlayış olub

Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımda silah-sursatın müvəqqəti saxlanıldığı anbarda partlayış olub.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Krımın Canköy bölgəsindəki Mayskoye kəndi yaxınlığında hərbi hissəyə məxsus sursatların müvəqqəti saxlandığı ərazidə yanğın baş verdiyi bildirilib.

Yanğın nəticəsində sursatların partladığı barədə məlumat verilib.

Hadisə nəticəsində xəsarət alan olmadığı, bölgəyə yanğınsöndürənlərin cəlb olunduğu bildirilib.

Qeyd olunub ki, yanğının baş vermə səbəbləri araşdırılır.

Bildirilir ki, Canköy şəhərində, Mayskoye kəndi yaxınlığındakı elektrik yarımstansiyasında da yanğın baş verib.



Әlaqәli Xәbәrlәr