İsrail qüvvələri fələstinli balıqçılara atəş açıblar

İsrail qüvvələri Qəzza zolağı yaxınlığında 4 fələstinli balıqçını nəzarətə götürüb.

1868413
İsrail qüvvələri fələstinli balıqçılara atəş açıblar

Qəzzadakı Fələstinli Balıqçılar Birliyinin sədri Nizar Ayyas mövzu ilə bağlı məlumat yayıb.

Nizar Ayyaşın sözlərinə görə İsrail donanması qüvvələri Qəzzanın şimal sahillərində izlədikləri 4 balıqçıya atəş açıblar. Daha sonra heç bir səbəb olmazdan onları  tutularaq 2 qayıqla Aşdod limanına aparılıblar.

İsrail ordusu hələlik hadisə ilə bağlı açıqlama verməyib.



Әlaqәli Xәbәrlәr