İrəvanda partlayışda həyatını itirənlərin sayı 16-ya çatıb

Ermənistanın paytaxtı İrəvandakı “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

1868429
İrəvanda partlayışda həyatını itirənlərin sayı 16-ya çatıb

TRT “armenpress”ə istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirib ki, partlayışda ölənlərdən 10-u  ilə meyiti tapılan uşağın şəxsiyyəti hələ müəyyən edilməyib.

Xatırladaq ki, avqustun 14-də günorta İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın olub. Hadisə nəticəsində son məlumata görə, 62 nəfər yaralanıb.

Hadisə pirotexnik məhsulların anbarında baş verib.

 



Әlaqәli Xәbәrlәr