Rusiyanın hücumları nəticəsində Donetsk bölgəsində 3 mülki vətəndaş həlak olub

Ukraynanın Donetsk bölgəsində Rusiyanın intensiv hücumlarının davam etdiyi yerdə son 24 saatda 3 mülki vətəndaşın öldüyü, 13 nəfərin yaralandığı bildirilib.

1867941
Rusiyanın hücumları nəticəsində Donetsk bölgəsində 3 mülki vətəndaş həlak olub

Ukraynanın Donetsk bölgəsində Rusiyanın intensiv hücumlarının davam etdiyi yerdə son 24 saatda 3 mülki vətəndaşın öldüyü, 13 nəfərin yaralandığı bildirilib.

“Ukraynskaya pravda” saytının ölkənin hərbi vilayət idarələrindən əldə etdiyi məlumatlara görə, dünən (15 avqust 2022) axşam saatlarında Nikolayev şəhərinə edilən hücum nəticəsində şəhərdəki təhsil müəssisə binalarından birinə dəyib.

Sumi bölgəsində isə dünən bütün gün davam edən bombalı hücumlar səhər saatlarında yenidən başlayıb, gecə saatlarında Rusiyanın Belqorod sərhədlərindən Xarkov bölgəsinə 10-dan çox raket atılıb.

Dnepropetrovsk vilayətində Sinelnikovski və Nikopol şəhərləri Rusiyanın Qrad raketləri ilə vurulub, Rusiya raketi Ukrayna ordusu tərəfindən zərərsizləşdirilib.

Rusiyanın Donetsk bölgəsini son 24 saat ərzində intensiv şəkildə vurmağa davam etdiyi, Bahmut, Nikolayevka, Uqledar, Avdeevka kimi bir çox yaşayış məntəqəsinin smerç, qrad və S-300 ilə vurulduğu bildirilib.

Hücumlar nəticəsində Donetsk bölgəsində 3 mülki şəxs həyatını itirib, 13 nəfər yaralanıb, 3 mənzil və 28 fərdi yaşayış evinə ziyan dəyib.

Rusiya-Ukrayna müharibəsinin ən şiddətli qarşıdurmalarından biri olan Donbas cəbhəsinə yaxın olan Slavyansk şəhəri də səhər saatlarından Rusiya qüvvələrinin zərbələrinə məruz qalıb.

Slavyanskın müxtəlif ərazilərinə düşən raketlər məktəblərə, fərdi yaşayış evlərinə və digəd mənzillərə ziyan vurub.

Digər tərəfdən, Ukrayna internet saytlarında yer alan xəbərlərdə 2019-cu ildə Ukrayna Hərbi Hava Qüvvələrinin ən yaxşı pilotu seçilən Anton Listopadın Rusiya ilə müharibədə həlak olduğu bildirilib.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçib.



Әlaqәli Xәbәrlәr