İsrailin Tartusdakı hava bazasını hədəf aldığı iddia edilir

Türkiyənin Hatay şəhərindən 100 kilometr cənubda, Suriyanın sahil şəhəri Tartusda hərbi bölgədə partlayışlar baş verib.

1867670
İsrailin Tartusdakı hava bazasını hədəf aldığı iddia edilir

Türkiyənin Hatay şəhərindən 100 kilometr cənubda, Suriyanın sahil şəhəri Tartusda hərbi bölgədə partlayışlar baş verib. Partlayışların İsrail hava qüvvələrinin Suriya rejiminin nəzarətində olan bazaya endirdiyi zərbələri nəticəsində baş verdiyi iddia edilir.
Əsəd rejiminin xəbər agentliyi "SANA" hərbi mənbəyə əsaslandırdığı xəbərində yerli vaxtla saat 20:50-də İsrail hava qüvvələrinin Tartus ətrafında rejim qüvvələrinə aid bəzi nöqtələrə hücum etdiyini iddia edib.

Xəbərdə “Hava Hücumundan Müdafiə sistemlərimiz gələn düşmən raketlərinin bir qismini vurdu” sözləri yer alırıb.

Güclü partlayış səslərinin eşidildiyi bildirilən xəbərdə rejim ordusundan 3 əsgərin öldüyü iddia edilib.

Məlumdur ki, Tartus əyaləti və onun çöllərində İranın dəstəklədiyi xarici terrorçu qruplaşmalara və Hizbullaha, eləcə də rejim ordusuna aid hərbi məntəqələr var.

Hücumla bağlı İsrail rəsmilərindən heç bir açıqlama verilməyib.

Əsəd rejimi İsrailin iyulun 22-də Suriyanın paytaxtı Dəməşqə hücumlar təşkil etdiyini iddia edib. İsrail rəsmiləri ümumiyyətlə Suriya ərazisinə hücumları şərh etməkdən çəkinirlər.

İsrail vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri Suriyada İranın dəstəklədiyi qruplara və rejim hərbi məntəqələrinə qarşı zaman-zaman hücumlar təşkil edir.



Әlaqәli Xәbәrlәr