İsrail əsgərləri daha bir fələstinlini öldürüb

İsrail əsgərləri işğal altındakı Şərqi Qüds və İordan çayının qərb sahilinə hücum təşkil  ediblər.

1867823
İsrail əsgərləri daha bir fələstinlini öldürüb

TRT-nin  Fələstinin Səsi Radiosuna  istinad  etdiyi   xəbərə   görə  İsrail ordusu Qüdsün şimalındakı Kefr Akab qəsəbəsində bir fələstinlinin evinə basqın edib. Basqın zamanı güllə yarası alan fələstinli Məhəmməd əl-Haşşam şəhid olub.  Bildirilir  ki,   Haşşam başından, sıfır məsafədən  gülləlinib. 

İsrail polisi   isə  Haşşamın   silahlı  olduğu  şübhəsi  ilə    vurulduğunu   irəli  sürüb.   

Fələstinin Səsi Radiosu  həmçinin  bildirib  ki,  İsrail qüvvələri İordan çayının qərb sahilinin müxtəlif şəhər və qəsəbələrində 22 fələstinlini  nəzarətə  götürüb.  

Birləşmiş Millətlər Təşkilatının hesabatlarına görə, İsrail qüvvələri 2022-ci  ilin   ilk  ayından  iyunun 26-dək Fələstin ərazilərinə təxminən 1600 dəfə basqın verib. Basqınlar zamanı 60 fələstinli həyatını itirib, 6 minə yaxın fələstinli isə yaralanıb.



Әlaqәli Xәbәrlәr