Rusiya hərbi qüvvələrinin Ukraynaya qarşı hərəkətləri ilə bağlı 14 avqusta olan məlumat

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Rusiya-Ukrayna müharibəsində Rusiya hərbi qüvvələrinin hərəkətləri ilə bağlı məlumat paylaşıb...

1867581
Rusiya hərbi qüvvələrinin Ukraynaya qarşı hərəkətləri ilə bağlı 14 avqusta olan məlumat

 

  Rusiya Müdafiə Nazirliyi Ukraynanın Donetsk vilayətindəki Peski qəsəbəsinin nəzarətə götürüldüyünü bildirib.

  Nazirliyin sözçüsü İqor Konaşenkov Rusiya-Ukrayna müharibəsində Rusiya hərbi qüvvələrinin hərəkətləri ilə bağlı məlumat paylaşıb: “Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin 30-cu Mexanikləşdirilmiş Briqadasının 70-dən çox əsgəri öldürülüb, 300-dən çoxu yaralanıb.

  Donetskdə 10-cu Dağ Hücum Briqadasının 170 əsgəri və 12 hərbi texnikası məhv edilib.

  Baxmut qəsəbəsi yaxınlığındakı 72-ci mexanikləşdirilmiş briqadanın 2 bölüyü dağıdılıb.

  Müttəfiq qüvvələrin hücumları nəticəsində Donetsk Xalq Respublikasının Peski qəsəbəsi azad olunub.

  Rusiya ordusunun Ukraynadakı hərbi qüvvələrə qarşı hücumları davam edir.

  Donetsk bölgəsində HİMARS çoxlüləli reaktiv yaylım atəş sistemi və ona aid silah-sursatlar və anbarı məhv vurulub.

  Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus “Mi-24” tipli helikopter Nikolayev vilayətində məhv edilib. Bundan əlavə, 4 qərargah dağıdılıb.

  Son 24 saat ərzində Ukrayna ordusuna aid 4 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

  İndiyədək Ukraynada 267 təyyarə, 148 helikopter, 1736 pilotsuz uçuş aparatı, 365 hava hücumundan müdafiə raket sistemi, 4297 tank və zirehli texnika, 798 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 3295 haubitsa və minaatan, 4858 xüsusi təyinatlı hərbi texnika məhv edilib”.

  Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçib.



Әlaqәli Xәbәrlәr