Şeyx Rəhimullah Hakkani öldürüldü

Əfqanıstanda administrasiyaya nəzarət edən Talibanın ən təsirli komponenti Hakkani qruplaşmasının aparıcı simalarından Şeyx Rəhimullah Hakkani bombalı hücum nəticəsində həyatını itirib.

1867048
Şeyx Rəhimullah Hakkani öldürüldü

Taliban müvəqqəti hökumətinin sözçüsü Bilal Kərimi sosial media hesabında paylaşdığı açıqlamada Hakkaninin bombalı hücum nəticəsində öldürüldüyünü təsdiqləyib və hadisəni kədərlə qarşıladığını bildirib.

Əfqan mediası isə Hakkaninin paytaxt Kabildə yerləşən Hakkani qruplaşmasına məxsus mədrəsədə olduğu əsnada həyata keçirilən intiharçı hücumu nəticəsində öldüyünü bildirib.

Terror təşkilatı DEAŞ isə Şeyx Rəhimullah Hakkaniyə qarşı həyata keçirilən intihar hücumuna görə məsuliyyəti üzərinə götürüb.



Әlaqәli Xәbәrlәr