İranda koronavirusdan ölənlərin sayı artıb

Yeni növ koronavirus (Covid-19) epidemiyasında yoluxma sayının yenidən artdığı İranda bir gündə 90 nəfərin öldüyü açıqlanıb.

1866313
İranda koronavirusdan ölənlərin sayı artıb

Yeni növ koronavirus (Covid-19) epidemiyasında yoluxma sayının yenidən artdığı İranda bir gündə 90 nəfərin öldüyü açıqlanıb.

İran Səhiyyə Nazirliyindən verilən açıqlamada epidemiyaya yoluxma və ölüm halları barədə məlumat paylaşılıb.

Bildirilib ki, ötən gün daha 90 nəfərin ölümü ilə ümumi can itkisinin 142 min 654-ə yüksəldiyi ölkədə 5 min 635 yeni yoluxma faktı aşkarlanıb, onlardan 1078-nin müalicəsi davam etdirilib.

Ümumi yoluxma sayının 7 milyon 451 min 779-a yüksəldiyi bildirilib.

"Covid-19" yoluxma sayının həyəcan verici nisbətlərə yüksəldiyi İranda əvvəlki gün 49 nəfərin öldüyü, 2343 yeni yoluxma faktının aşkarlandığı qeyd olunub. 

Bununla da virusun yaratdığı insan itkisi bir gündə təxminən iki dəfə artıb.



Әlaqәli Xәbәrlәr