Rusiyadan Almaniyaya nota

Rusiya Almaniyada Sovet İttifaqının abidəsi və qəbiristanlığına hücuma görə Almaniya Xarici İşlər Nazirliyinə nota verib.

1865936
Rusiyadan Almaniyaya nota

Rusiya, Almaniyanın Verneuçen şəhərində neonazi qruplarının Sovet İttifaqının abidəsinə və İkinci Dünya Müharibəsində həyatını itirənlərin xatirəsinə ucaldılmış qəbiristanlığa hücumuna sərt reaksiya  verib.

Nazirliyin açıqlamasında: “Biz bunu etnik ədavəti qızışdırmaq, dünyanı və Avropanı nasizmdən xilas etmək üçün həyatlarını itirən əsgərlərin xatirəsinə istehzalı bir hörmətsizlik kimi qiymətləndiririk”.

Almaniya Xarici İşlər Nazirliyinə hadisənin şəraitinin müəyyən edilməsi üçün hərtərəfli tədbirlərin görülməsi, səbəbkarların cəzalandırılması tələbi ilə etiraz notası  verildiyinə  diqqət çəkilən açıqlamada 16 dekabr 1992-ci il tarixli Rusiya-Almaniya Döyüş Qəbirləri Müqaviləsinə uyğun olaraq abidənin mühafizəsinin təşkil edilməsi və hadisəni törədənlərin məsuliyyətə cəlb edilməsi tələb edilib.

Verneuçen şəhərinin polis bölməsindən yayılan  açıqlamada isə  əməliyyat keçirildiyi, abidəyə istehzalı hücumlar edən şəxslərin kimliyinin müəyyən edilməyə başlanıldığı bildirilib.

 



Әlaqәli Xәbәrlәr