İran yeni peyk daşıyıcısını sınaqdan keçirəcək
Yaxın günlərdə İran yeni peyk daşıyıcısını sınaqdan keçirəcək.
1866199

Bunu İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur deyib.
O bildirib ki, İran Rusiya ilə "Xəyyam" peykinin birgə istehsal xəttini işə salacaq. "Xəyyam peykinin ikinci, üçüncü və dördüncü variantını birgə istehsal edəcəyik”, - nazir deyib.
Yaxın iki-üç həftə ərzində 100 kiloqram çəkisi olan peyki orbitə çıxara biləcək yeni peyk daşıyıcının sınaqdan keçiriləcəyini sözlərinə əlavə edib.