Volodimir Zelenski: "Donetsk vilayətində cəbhə xəttində vəziyyət hələ də ağırdır"

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 24-dən Rusiyaya qarşı döyüşən ölkəsinin Donetsk vilayətində cəbhə xəttində vəziyyətin hələ də ağır olduğunu bildirib

1864757
Volodimir Zelenski: "Donetsk vilayətində cəbhə xəttində vəziyyət hələ də ağırdır"

 

  Ukrayna prezidenti Volodimir Zelenski fevralın 24-dən Rusiyaya qarşı döyüşən ölkəsinin Donetsk vilayətində cəbhə xəttində vəziyyətin hələ də ağır olduğunu söyləyib. O, "Telegram" hesabında etdiyi paylaşımda ölkəsinin şərq cəbhələrində baş verən son hadisələrə toxunaraq xüsusilə, Donetsk və Xarkov istiqamətində vəziyyətin ağır olduğunu bildirib. Zelenski deyib ki, Ukrayna ordusu “çoxlu həyat” bahasına Rusiyanın buradakı hücumlarını dayandırmağa davam edir.

  Ukrayna prezidenti "Donbasda vəziyyət hələ də çox ağırdır. Ordumuz Rusiyanın terrorunu dayandırmaq və işğalçılara ən böyük itki vermək üçün əlindən gələni edir" deyib.

  Rusiya qüvvələrinin Xarkova qarşı hücumları artırmaq üçün gücləndiyini bildirən V.Zelenski burada da şiddətli toqquşmaların olduğunu bildirib.

  Volodimir Zelenski ordunun daha çox silaha ehtiyacı olduğunu da vurğulayıb: "Silah tədarükünü artırmaq, cəbhəyə daha güclü və uzaq mənzilli sistemlər göndərmək üçün hər gün və fasiləsiz çalışırıq. Və tərəfdaşlarımızdan dəstək paketləri ilə bağlı xəbərlər gözləyirik. Xoş xəbər".



Әlaqәli Xәbәrlәr