Terror tәşkilatı YPG/PKK-nın hücumu nәticәsindә 3 mülki vәtәndaş yaralandı

Suriyanın Tel Rıfat qәsәbәsindә öz mövcudluğunu davam etdirәn separatçı terror tәşkilatı YPG/PKK-nın müxaliflәrin nәzarәtindәki Azez qәsәbәsinә tәşkil etdiyi hücum nәticәsindә 3 mülki vәtәndaş yaralanıb.

1863946

YPG/PKK terrorçuları 2019-cu ilin oktyabr ayında Türkiyә ilә Rusiya arasında әldә olunan razılaşmaya әsasәn Tel Rıfatdan çıxmalı idilәr.Ancaq terror tәşkilatı bölgәdәki mövcudluğunu davam etdirәrәk әtrafdakı yaşayış mәntәqәlәrinә hücum edir.

Mәlumatda vurğulanıb ki, terrorçular gecә radәlәrindә Azez qәsәbәsinә raket zәrbәlәri endirib. Terror hücumu nәticәsindә yaralanan 3 mülki vәtәndaş Azezdәki xәstәxanalara yerlәşdirilib.

YPG/PKK terrorçuları Rusiyanın havadan verdiyi dәstәk ilә 2016-cı ilin fevral ayında Tel Rıfat vә әtrafındakı bәzi yaşayış mәntәqәlәrini nәzarәtinә keçirmişdi.

Tel Rıfat vә әtrafında yaşayan 250 min mülki vәtәndaş separatçı terror tәşkilatının hücumları sәbәbindәn evlәrini tәrk etmәk mәcburiyyәtindә qalmışdı.

Qeyd edәk ki, YPG/PKK buradan Türkiyә hәrbçilәrinin vә müxaliflәrin ‘‘Fәrat qalxanı’’ vә ‘‘Zeytun budağı’’ әmәliyyatları bölgәlәrindәki mövqelәrinә hücum edir.

Әlaqәli Xәbәrlәr