BMT-nin İraqdakı xüsusi nümayəndəsi Sədrlə siyasi böhranı müzakirə edib

BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Ceanine Hennis Plasşaert Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr ilə ölkədəki siyasi böhranı və çıxış yollarını müzakirə edib.

1864227

İraqın İNA xəbər agentliyinin məlumatına görə, BMT-nin xüsusi nümayəndəsi Plasşaert İraqın Nəcəf şəhərində Sədrlə görüşüb.

Plasşaert görüşdən sonra mətbuata qısa açıqlama verib:

"Sədrlə siyasi böhrana qarşı mübarizə yolları haqqında danışdıq. Onunlu görüşümüz müsbət keçdi".

Qeyd edək ki, oktyabrda İraqda keçirilən seçkilərdə qalib gələn şiə siyasi və dini lider Müqtəda əs-Sədr iranpərəst partiyalarla hökumət qurmaq istəməmiş, daha sonra siyasətdən çəkildiyini açıqlamışdı.

Sədrdən sonra hökuməti qurmaq vəzifəsi onun rəqibi olan Koordinasiya Çərçivəsinə tapşırıldı.

Koordinasiya Çərçivəsi iyulun 25-də keçmiş əmək və sosial məsələlər naziri Məhəmməd Şia Sudanini baş nazirliyə namizəd kimi seçdiyini elan etdi.

Sədr tərəfdarları İrana yaxın şiə siyasi çətir təşkilatı olan Koordinasiya Çərçivəsinin baş nazir namizədi Sudaniyə etiraz etmək üçün iyulun 30-da Yaşıl Zonaya daxil olub və Parlament binasına hücum edərək orada oturaq aksiyaya başlayıblar.

Әlaqәli Xәbәrlәr