Rusiya “Vostok-2022”yə hazırlaşır

Rusiya Müdafiə Nazirliyindən verilən yazılı məlumata görə...

1860305
Rusiya “Vostok-2022”yə hazırlaşır

 

  Rusiya Müdafiə Nazirliyi ölkədə “Vostok-2022” (Şərq-2022) strateji hərbi təliminin keçiriləcəyini açıqlayıb.

  Nazirlikdən verilən yazılı məlumata görə, Rusiya Şərq Hərbi Dairəsinin qoşunları Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin rəhbərliyi altında 30 avqust - 5 sentyabr tarixlərində keçiriləcək “Vostok-2022” təliminə qatılacaq.

  Rusiyanın hava-desant, hərbi-nəqliyyat aviasiyası və uzaqmənzilli aviasiya birlikləri ilə xarici ölkələrdən qoşunların da iştirak edəcəyi təlimdə ölkənin şərq bölgəsində hərbi təhlükəsizliyin təmin edilməsi üzərində iş aparılacaq.

  Sözügedən təlim Rusiya Şərq Hərbi Dairəsinin 10-dan çox poliqonunda keçiriləcək.



Әlaqәli Xәbәrlәr