Rusiya İdlibə hava zərbəsi endirib, üç ölü

Rusiyaya məxsus döyüş təyyarələri Suriyanın şimal-qərbində yerləşən İdlib şəhərində xristianların yaşadıqları Yakubiyə və Cudeyda kəndlərinə aviazərbələr endirib.

1857996
Rusiya İdlibə hava zərbəsi endirib, üç ölü

Əsəd rejiminə müxaliflərin nəzarətində olan rəsədxanadan Rusiyanın hava hücumu ilə bağlı məlumat yayılıb. Bildirilib ki, Türkiyə vaxtı ilə saat 05:36-da Latakiyadakı Hmeymim bazasından qalxan Rusiya qırıcıları İdlibin qərbindəki Yakubiye və Cudeyde kəndlərinə hava hücumu təşkil ediblər.

İdlib Mülki Müdafiə (Ağ Dəbilqəlilər) rəsmiləri Rusiya təyyarəsinin İdlibin Cudeyde kəndinə hava hücumu nəticəsində 7 nəfərin həyatını itirdiyini, 4 nəfərin isə xəsarət aldığını bildiriblər.



Әlaqәli Xәbәrlәr