İran və Səudiyyə Ərəbistanı ilə münasibətlər normallaşmağa gedir

İran dövlət televiziyasına müsahibəsində ölkənin xarici siyasəti ilə bağlı məsələlərlə bağlı danışan H.Ə.Abdullahiyan deyib...

1858380
İran və Səudiyyə Ərəbistanı ilə münasibətlər normallaşmağa gedir

 

  İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması üçün yürüdülən müzakirələrdə danışıqlarda “ictimaiyyətə açıq siyasi danışıqlar”a başlayacaqlarını və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tezliklə İrana səfir təyin edəcəyini bildirib.

  İran dövlət televiziyasına müsahibəsində ölkənin xarici siyasəti ilə bağlı məsələlərlə bağlı danışan H.Ə.Abdullahiyan deyib: “Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması üçün 2021-ci ilin aprelində başlayan danışıqlarda bu günə qədər təhlükəsizlik məsələləri müzakirə edilib. Danışıqların 5-ci raundunda irəliləyiş əldə olunub: vasitəçilik edən İraq administrasiyası Səudiyyə Ərəbistanının ictimaiyyətə açıq siyasi danışıqlar mərhələsinə keçməyə hazır olduğu mesajını alıb. Biz də danışıqları davam etdirməyə və nəticədə Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətlərin normallaşmasına hazır olduğumuzu bəyan etdik”.



Әlaqәli Xәbәrlәr