Rusiyanın hərbi gəmiləri Əlcəzair limanına yanaşıb

Rusiyanın Qara dənizdəki donanmasına məxsus iki hərbi gəmi Əlcəzair limanına yanaşıb.

1856216
Rusiyanın hərbi gəmiləri Əlcəzair limanına yanaşıb

Əlcəzair Müdafiə Nazirliyindən bu barədə məlumat yayılıb. Bildirilib ki “Rusiya hərbi dəniz qüvvələrinin Qara dəniz donanmasının döyüş gəmiləri hidroqrafik (KILDIN) və neft tanker gəmisi (vice-admiral PAROMOV) Əlcəzair limanına yanaşıb. Sözügedən gəmilər iki gün limanda qalacaqlar. Bununla iki ölkə orduları arasında birgə koordinasiyanı gücləndirmək, ikitərəfli hərbi əməkdaşlığı irəli pillələrə qaldırmaq və donanmalar arasında təcrübə mübadiləsi aparmaq məqsəd götürülüb”.

Yada salaq ki, Rusiya və Əlcəzair hərbi gəmiləri noyabr ayında Aralıq dənizi sularında birgə dəniz təlimləri keçirdi.

Qeyd edək ki, Əlcəzair Rusiyanın Afrika qitəsindəki ən mühüm hərbi müttəfiqlərindən, o cümlədən regionda Rusiya silahlarını ən çox satın alan ölkələrdən biridir.



Әlaqәli Xәbәrlәr