Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı artıb

Pakistanın Bəlucistan əyalətində güclü yağışlar nəticəsində həyatını itirənlərin sayı 20-yə yüksəlib.

1852508
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı artıb

TRT-nin ölkə mətbuatına istinadla verdiyi xəbərə görə sel fəlakətindən ən çox təsirlənən Ketta şəhərində daha 10 nəfər həyatını itirib. Beləcə ölü sayı 20-yə çatıb. Şəhərdə fövqəladə vəziyyət elan edilib.

Bildirilir ki, güclü yağışların təsirli olduğu Kettada bir evin damının uçması nəticəsində eyni ailədən 6 qadın ölüb. Şəhərin müxtəlif yerlərində sel sularında boğulan 4 nəfərin cəsədi tapılıb. Sariab Mills rayonunda da xeyli sayda ev dağılıb. Hüşnob kəndində körpü uçub, bir çox kənd təsərrüfatı sahələrinə ziyan dəyib.



Әlaqәli Xәbәrlәr