İranda havanın çirkliliyi səbəbindən dövlət müəssisələri və məktəblər bağlandı

İranda havanın çirklilik dərəcəsi təhlükəsi həddə çatıb. Təsirlənən çox sayda adam xəstəxanalarda yerləşdirilib.

1851973
İranda havanın çirkliliyi səbəbindən dövlət müəssisələri və məktəblər bağlandı

TRT-nin İran dövlət telekanalına istinadla verdiyi xəbərə görə İraqdan əsən güclü küləklərin daşıdığı toz ölkənin qərb bölgəsində həyatı ifliç edib.

Havanın çirkliliyi səbəbi ilə Xuzistan və Yəzd əyalətləri başda olmaqla İsfahan əyalətinin 16 şəhərində, dövlət qurumları və məktəblərdə təlit elan edilib.

Xuzistanın Əhvaz şəhərinin Sağlamlıq Elmləri İnstitutundan yayılan məlumata görə havanın çirkliliyindən təsirləndikləri üçün xəstəxanaya müraciət edənlərin sayı 500-ə çatıb. Onlardan 62-si tənəffüs çətinliyi çəkdikləri üçün müalicə altına alınıb.

 



Әlaqәli Xәbәrlәr