İran xaricdən bank sisteminə çıxışı kəsdi

İran “kiberhücumların qarşısını almaq” məqsədi ilə ölkə xaricindən İranın bank sistemlərinə girişi müvəqqiti olaraq kəsib.

1851927
İran xaricdən bank sisteminə çıxışı kəsdi

“İRNNA”  xəbər agentliyinin   məlumatına  görə   bu  sahədəki  məhdudiyyətlər “səlahiyyətli orqanlar”ın tövsiyəsi və kibertəhlükələrlə mübarizə məqsədilə  həyata  keçirilib. 

Agentlik  bildirib  ki,  qərar  ilə    xaricdə bank xidmətlərinə çıxış yalnız internet bankçılıq və mobil bankçılıq  daxil olmaqla, xaricdə bank sistemləri ilə ən çox əlaqəsi olan az  sayda banklar  ilə  kəsilməsilib. Məhdudiyyətlərin tətbiqi müvəqqəti olacaq. 

Xatırladaq  ki,   yaxın  keçmişdə İranın çoxlu sayda fabrik və dövlət idarələrinin elektron və kompüter sistemləri kiberhücumlara məruz qalıb.

Özünü Xalqın Mücahidləri Təşkilatına bağlı kimi tanıdan “Qiyam Ta Sərnuguni” haker qrupu iyunun 2-də Tehran bələdiyyəsinin sistemlərini sındırdığını elan edib və bundan sonra da Tehran bələdiyyəsinin internet sistemlərində kiberhücum nədəni ilə qarışıqlıq uzun müddət davam edib.

Bazar günü, iyulun 3-də bu qrup İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının saytını sındırdığını açıqladı.

 



Әlaqәli Xәbәrlәr