Denis Şmiqal: "Ukraynanın infrastrukturuna 100 milyard dollardan çox ziyan dəyib"

Ukraynanın Baş naziri Denis Şmiqal bəyan edib ki, ölkəsinin müharibədən sonrakı inkişafı üçün 750 milyard dollara ehtiyac var.

1851849
Denis Şmiqal: "Ukraynanın infrastrukturuna 100 milyard dollardan çox ziyan dəyib"

Ukraynanın Baş naziri Denis Şmiqal bəyan edib ki, ölkəsinin müharibədən sonrakı inkişafı üçün 750 milyard dollara ehtiyac var. 
İsveçrənin Luqano şəhərində keçirilən Ukraynanın bərpası üzrə konfransda çıxış edən Denis Şmiqal Rusiyanın Ukraynaya hücumlarının vurduğu maddi ziyana toxunub.

Müharibənin başladığı 24 fevraldan bu yana infrastruktura dəyən ziyanın 100 milyard dollara çatdığını bildirən Şmiqal ölkəsini yenidən qurmaq üçün 3 mərhələdən ibarət inkişaf planının həyata keçirilməsinin lazım olduğunu qeyd edib.

Birinci mərhələdə insanların gündəlik həyatının normallaşdırılmasının vacibliyini qeyd edən Şmiqal ikinci mərhələdə müvəqqəti yaşayış, xəstəxana və məktəb tikintisinin nəzərdə tutulduğunu, üçüncü mərhələdə isə ölkənin inkişaf prosesinin yer aldığını bildirib. 

Sözügedən inkişaf planı üçün 750 milyard dollar tələb olunduğunu vurğulayan Baş nazir Şmiqal "Bu bərpa planın həyata keçirilməsi üçün lazım olan vəsaiti kim ödəyəcək?" ifadəsini işlədib.

Digər tərəfdən, konfransda çıxış edən Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Aİ-nin Ukrayna üçün müharibədən sonrakı yaralarını sağaltmaq və ölkə iqtisadiyyatını yenidən qurmaq üçün xüsusi platforma yaradacağını açıqlayıb.

Von der Leyen Aİ-nin müharibə başlayandan bəri Ukraynaya 6,4 milyard dollar maliyyə dəstəyi göndərdiyi barədə məlumat paylaşıb:

"Daha çox maliyyə dəstəyi gələcək. Biz orta və uzunmüddətli yenidənqurma prosesinə ciddi üstünlük verəcəyik".

Ukraynanın bərpası üzrə konfransı bu gün başa çatacaq.

Konfransda Türkiyəni xarici işlər nazirinin müavini və Avropa İttifaqı üzrə direktor səfir Faruk Kaymakçı təmsil edir.



Әlaqәli Xәbәrlәr