Rusiyada yeni neft yatağı aşkarlanıb

"Rosneft" şirkəti ölkənin şimalında təxminən 82 milyon ton neft olan böyük bir neft yatağı aşkarladığını açıqlayıb.

1851430
Rusiyada yeni neft yatağı aşkarlanıb

Rusiyanın "Rosneft" şirkəti ölkənin şimalındakı Peçora dənizinin Medınsko-Varandeyski bölgəsində təxminən 82 milyon ton neft olan böyük bir neft yatağı aşkarladığını açıqlayıb.

Bu barədə şirkətin açıqlamasında bildirilib.

“Testlər zamanı gündə maksimum 220 kubmetr axış sürəti ilə sərbəst neftin axını əldə edilib, - deyə məlumatda qeyd olunub. 

“Rosneft” qeyd edib ki, Peçora dənizinin sularında kəşf regionda əhəmiyyətli neft potensialını üzə çıxarıb və kəşfiyyat işləri üçün zəmin yaradıb.



Әlaqәli Xәbәrlәr