Avstraliya Ukraynaya daha çox hərbi yardım vəd edib

Avstraliyanın Baş naziri Entoni Albenizi Ukraynanın paytaxtı Kiyevə səfəri zamanı daha çox hərbi yardım vəd edib.

1851410
Avstraliya Ukraynaya daha çox hərbi yardım vəd edib

Avstraliyanın Baş naziri Entoni Albenizi Ukraynanın paytaxtı Kiyevə səfəri zamanı daha çox hərbi yardım vəd edib.

BBC-nin xəbərinə görə, Albenizi Kiyevə gözlənilməz səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Kiyevdəki Prezident sarayında mətbuata açıqlama verən Albenizi ölkəsinin "müharibənin nə qədər davam etməsindən asılı olmayaraq" Ukraynanı dəstəkləyəcəyini bildirib və daha çox hərbi yardım sözü verib.

Albenizi həmçinin Rusiyanın 16 nazir və oliqarxına səyahət qadağası qoyulduğunu və Rusiyadan qızıl idxalının dayandırıldığını açıqlayıb.

Avstraliyanın Ukraynaya təqdim etdiyi 100 milyon Avstraliya dolları dəyərində hərbi yardım paketində bir müddət əvvəl pilotsuz uçuş aparatları və 34 zirehli texnikanın olduğu məlumatı paylaşılıb.

Rusiyanın fevralın 24-də müharibə elan etdiyi Ukraynaya Avstraliyanın verdiyi yardımın ümumi dəyərinin təxminən 390 milyon Avstraliya dolları olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr