“Türkiyə sakitləşdirici güc imici nümayiş etdirir və…” A.Çipras

Brüsselin “Euractiv” xəbər saytına müsahibəsində Yunanıstanın son xarici siyasətini tənqid edərək Türkiyə-Yunanıstan münasibətlərindəki problemləri dəyərləndirən A.Çipras deyib...

1848855
“Türkiyə sakitləşdirici güc imici nümayiş etdirir və…” A.Çipras

 

  Yunanıstanın əsas müxalifət partiyası olan Radikal Sol Alyansının (SYRİZA) rəhbəri Aleksis Çipras Türkiyənin beynəlxalq arenada rolunun artdığını vurğulayıb.

  Brüsselin “Euractiv” xəbər saytına müsahibəsində Yunanıstanın son xarici siyasətini tənqid edərək Türkiyə-Yunanıstan münasibətlərindəki problemləri dəyərləndirən A.Çipras deyib: “Diskurs səviyyəsində artan gərginlik bizi narahat edir, çünki Türkiyənin beynəlxalq arenada rolu hazırda yüksəlməkdədir.

  Türkiyə sakitləşdirici güc imici nümayiş etdirir. Ukraynada sülh üçün vasitəçi olmaq istəyən Türkiyənin həm Qərb, həm də Şərqin gözündə nüfuzu artır. Bizi narahat edən Yunanıstanın sabit xarici siyasət yürütməməsi, şahmat taxtasındakı piyada vəziyyətinə düşməsi və Qərbin itaətkar müttəfiqinə çevrilməsidir”.

  4,5 illik baş nazir olduğu dövrdə Türkiyə-Yunanıstan münasibətlərində çətin dövrlər yaşandığına diqqət çəkən Aleksis Çipras onu da bildirib ki, “Ərdoğan həmişə Ərdoğan olub. Son aylarda başqa bir şey olmayıb. Biz dialoq kanallarını ən çətin vaxtlarda belə açıq saxlamaq üçün çox çalışmışıq. Bugünkü hökumətin bu siyasəti izləməməsi səhlənkarlıqdır”.



Әlaqәli Xәbәrlәr