İranın XİN rәhbәri: ‘‘Türkiyәnin tәhlükәsizliklә bağlı narahatlıqları aradan qaldırılmalıdır’’
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkiyənin Suriya mәsәlәsindәki narahatlıqlarının ən qısa zamanda və daimi olaraq həll edilməsinin vacibliyini vurğulayıb.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkiyənin Suriya mәsәlәsindәki narahatlıqlarının ən qısa zamanda və daimi olaraq həll edilməsinin vacibliyini vurğulayıb.
Bu barәdә Abdullahiyan dünən paytaxt Ankarada xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşlərdən sonra tәşkil edilәn birgə mətbuat konfransında bildirib.
Türkiyənin Suriya ilə bağlı ifadə etdiyi narahatlığına toxunan Hüseyn Əmir Abdullahiyan deyib:
"Türkiyənin bu məsələ ilə bağlı narahatlıqlarını çox yaxşı anlayırıq. Eyni zamanda xüsusi əməliyyatı gündəmə gətirməsini də anlayırıq. Bu mövzuda hörmətli həmkarım Mövlud Çavuşoğlu ilə də ətraflı danışıqlar apardıq. Türkiyənin Suriya mәsәlәsindәki narahatlıqları ən qısa zamanda və daimi olaraq aradan qaldırılmalıdır’’.
Türkiyənin Qüds və Fələstin məsələsi ilə bağlı mövqeyini hər zaman bildiklərini ifadә edәn İranın xarici işlər naziri deyib: "Türkiyə heç vaxt Qüds davasından, Fələstin davasından vaz keçmәyib, vaz keçmәyәcәk’’.
İranın qonşuları ilə əlaqələrini dərinləşdirmək və gücləndirmək istəyinə toxunan Hüseyn Әmir Abdullahiyan deyib ki, İran İslam Respublikası üçün Türkiyənin təhlükəsizliyi İranın təhlükəsizliyi deməkdir.