Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
Ukrayna fevralın 24-dən bəri davam edən müharibədə həyatını itirən Rusiya əsgərlərinin sayının 35 min olduğunu açıqlayıb.

Ukrayna fevralın 24-dən bəri davam edən müharibədə həyatını itirən Rusiya əsgərlərinin sayının 35 min olduğunu açıqlayıb.
Ukrayna Baş Qərargahından verilən açıqlamada Rusiya ilə Ukrayna arasında 4 aydan çox davam edən müharibədə vəziyyətlə bağlı məlumat verilib.
Buna görə, bu günə qədər Ukrayna ərazisində ölən Rusiya əsgərlərinin sayı 35 minə çatıb.
Rusiya ordusuna məxsus 1552 tank, 3 min 687 zirehli texnika və 2 min 575 texnika ilə yanaşı, 771 artilleriya sistemi, 243 çoxbarelli reaktiv yaylım atəşi sistemi və 101 hava hücumundan müdafiə sistemi məhv edilib.
Rusiyaya məxsus 217 döyüş təyyarəsi, 184 helikopter və 636 pilotsuz uçuş aparatı vurulub.
Bildirilib ki, Ukraynanın Luqansk vilayətinin Severodonetsk şəhərini ələ keçirən Rusiya qüvvələri artilleriya sistemlərinin dəstəyi ilə Lisiçansk şəhərinin qarşısını cənubdan almağa çalışıb.
Sözügedən şəhər və Volçoyarivkada hərbi və mülki infrastrukturlara hava zərbələri endirilib.
Rusiya ordusunun Ukraynanın Odessa vilayətinə raket hücumu həyata keçirdiyi və bu hücumda 6 nəfərin yaralandığı bildirilib.
Әlaqәli Xәbәrlәr

Məsciddə partlayış, 21 nəfər ölüb
Əfqanıstanın paytaxtı Kabildə axşam namazı zamanı məsciddə partlayış olub, 21 nəfər həyatını itirib.