Əfqanıstanda növbəti dəfə zəlzələ olub
Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətinin mərkəzi Feyzabad şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.
1847244

Milli Seysmoloji Mərkəzindən yayılan məlumata görə dünənki zəlzələdən sonra Əfqanıstanın Feyzabad şəhərində 4,3 bal gücündə yeni zəlzələ baş verib.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Geoloji Xidməti (USGS) zəlzələnin 220 kilometr dərinlikdə qeydə alındığını, episentrinin isə Bədəxşan vilayətinin Curm kəndindən 48 kilometr cənub-qərb ərazisi olduğunu bildirib.
Qeyd edək ki, Paktika əyalətində baş verən 5,9 bal gücündəki zəlzələdə 1000-dən çox insan həyatını itirib, 1500 nəfər yaralanıb.
Səlahiyyətlilərə görə zəlzələdən ən çox Paktika vilayətinin Giyan rayonu və Xost vilayətinin Spirey bölgəsi təsirlənib. Pakistanda da his edilən zəlzələnin episentri Əfqanıstanın şərqindəki Xost vilayətindən 46 kilometr cənub-qərbdə olub.