B.Britaniya Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə başladı

Böyük Britaniyada bir sıra məhsulların və texnologiyaların Rusiyaya ixracına dair yeni qadağalar qüvvəyə minib.

1847440
B.Britaniya Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə başladı

Britaniya hökumətinin saytında dərc olunan məlumata görə , məhdudiyyətlər əsasən Rusiyada funt sterlinq və avro banknotlarından istifadəyə, dəniz sektoru və neft hasilatı ilə bağlı məhsullara, həmçinin kimyəvi və bioloji silahların istehsalına aid texnologiyalara şamil edilir. Qadağalara, həmçinin bu kateqoriyadan olan məhsulların servisi, maliyyə və ya broker xidmətlərinin göstərilməsi də daxildir.

Saytda bildirilir ki, Rusiyadan gəlir əldə etmək məqsədi daşıyan malların idxalına yeni qadağan qərarı dünəndən (22 iyun) qüvvəyə minib.

 



Әlaqәli Xәbәrlәr