Üç ölkə Aİ-Qərbi Balkan ölkələri sammitini boykot edə bilər

Qeyd edək ki, Qərbi Balkan regionundakı 6 ölkənin başçısı iyunun 23-24-də Brüsseldə keçiriləcək Aİ Liderləri Zirvə Toplantısına dəvət olunub

1846517
Üç ölkə Aİ-Qərbi Balkan ölkələri sammitini boykot edə bilər

 

  Albaniya, Serbiya və Şimali Makedoniya Aİ-Qərbi Balkan ölkələri sammitini boykot edə bilər

  Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin Şimali Makedoniya və Albaniyanın Brüsseldə keçiriləcək Avropa İttifaqı-Qərbi Balkan ölkələri sammitində iştirak edib-etməyəcəyini nəzərdən keçirdiyini deyib.

  Albaniyanın baş naziri Edi Rama və Şimali Makedoniyanın baş naziri Dimitar Kovaçevski ilə videokonfrans formatında keçirdiyi görüşdə Serbiya prezidenti Açıq Balkan Təşəbbüsünün üzvü olan bu iki ölkə ilə Aİ sammitində iştirak məsələsini müzakirə edib.

  A.Vuçiç Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Cozef Borel ilə görüşündə isə Serbiya, Albaniya və Şimali Makedoniyanın Brüsseldə keçiriləcək Aİ-Qərbi Balkan ölkələri sammitində mümkün iştirakla bağlı birgə qərarını iyunun 22-də açıqlayacaq.

  Qeyd edək ki, Qərbi Balkan regionundakı 6 ölkənin başçısı iyunun 23-24-də Brüsseldə keçiriləcək Aİ Liderləri Zirvə Toplantısına dəvət olunub.

 



Әlaqәli Xәbәrlәr