İsrail İordan çayının qərb sahilində hasar tikir

İsrail işğal altındakı İordan çayının qərb sahilində 45 kilometr uzunluğunda və 9 metr hündürlüyündə beton hasar tikintisinə başlayıb.

1846885
İsrail İordan çayının qərb sahilində hasar tikir

İsrail Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada: “Müdafiə Nazirliyi yanında Sərhəd və Təmas Xətti İdarəsi ilə İsrail Ordusu Mərkəzi Komandanlığı, İordan çayının qərb sahilinin şimalındakı təmas xətti boyunca 45 kilometrlik təhlükəsizlik divarı inşa etməyə başlayıb”.

Açıqlamada həmçinin qeyd olunub ki, “9 metr hündürlüyündə nəhəng beton hasarın üzərində mühafizə prosedurları və digər texnoloji tədbirlər olacaq”. İsrail Müdafiə Nazirliyinin Sərhəd İdarəsinin rəisi Eran Ophir da verdiyi açıqlamada: “Bir il ərzində tamamlanacaq olan hasar sayəsində İsrailə giriş əngəllənəcək. Təmas xəttindəki boşluqlar da bağlanacaq. Yeganə məqsədimiz Fələstinlilərin İordan çayının qərb sahilindən İsrailə sızmalarının qarşısını almaqdır”.

Yada salaq ki, İsrail 2002-ci ilin iyununda fələstinlilərin İsrail ərazisinə daxil olmalarının qarşısını almaq bəhanəsi ilə 1967-ci ildən bəri işğal etdiyi İordan çayının qərb sahilində “Utanc və Aparteid Divarı adlandırılan Ayrılıq Divar inşa etməyə başladı. İsrailin bu addımı Fələstin Muxtariyyəti və Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən pisləndi.



Әlaqәli Xәbәrlәr