Rusiya MN Ukraynadakı əməliyyatları ilə bağlı bəyanat yayıb

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov açıqlama verib.

1846440
Rusiya MN Ukraynadakı əməliyyatları ilə bağlı bəyanat yayıb

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, Ukrayna ordusu Qara dənizdəki İlan adasını ələ keçirmək üçün əməliyyat keçirib, lakin Rusiya ordusu hücumu dəf edib.

Konaşenkov Ukrayna müharibəsində Rusiya ordusunun əməliyyatları ilə bağlı açıqlamasında İlan adasında baş verən qarşıdurmalarla əlaqədar məlumat verib.

Dünən (20 iyun) yerli vaxtla saat 05.00 radələrində Kiyev rəhbərliyinin İlan adasını Rusiya əsgərlərindən almağa cəhd etdiyini bildirən Konaşenkov Ukrayna ordusunun havadan və artilleriya hücumları edərək, sonra hücum edərək adayı ələ keçirmək üçün əməliyyat planlaşdırdığını bildirib.

Rusiya ordusunun Ukraynanın adaya hücumlarını dəf etdiyini qeyd edən Konaşenkov bundan sonra Ukrayna hərbi birləşmələrinin adaya daxil olmaqdan vaz keçdiyini bildirib.

Ukraynanın bu cəhddən sonra Qara dənizin şimal-qərb hissəsində Rusiyanın təbii qaz hasilatı infrastrukturuna hücum təşkil etdiyini vurğulayan Konaşenkov yerli vaxtla saat 08:00-dan sonra Krım-1 və BK-1 təbii qaz hasilat platformalarının vurulduğunu deyib.

Konaşenkov hücumdan sonra BK-1 platformasında yanğın baş verdiyi barədə məlumat paylaşıb.

Ukraynadakı hərbi obyektlərə zərbələr endirməyə davam etdiklərini bildirən Konaşenkov Xarkov vilayətinin Mazanovka qəsəbəsi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsini vurduqlarını bildirib.

Konaşenkov “Bu günə qədər 209 təyyarə, 132 helikopter, 1292 pilotsuz uçuş aparatı, 348 hava hücumundan müdafiə raket sistemi, 3 min 709 tank və zirehli texnika, 580 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 2 min 65 haubitsa və minaatan, 3 min 760 şəxsi hərbi texnika məhv edilib” deyib.



Әlaqәli Xәbәrlәr