Rusiya taxıl məhsullarını yalnız dost ölkələrə satacağını açıqlayıb

Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) etdiyi çıxışında bu barədə danışıb.

1844784
Rusiya taxıl məhsullarını yalnız dost ölkələrə satacağını açıqlayıb

Tədarük zəncirlərinin pozulduğu və maliyyə hesablamalar ilə bağlı çətinliklərə diqqət çəkən nazir Dmitri Patruşev : “Rusiyanın ən çox ehtiyacı olan ölkələri ərzaqla təmin edə bilməsi üçün sözügedən maneələr dəf edilməlidir. Kənd təsərrüfatı məhsullarımız əlbətdə ki xarici bazarlarda olacaq, ancaq daha çox bizə dost olan, maneə və çətinlik yaratmayan ölkələrdə olacayıq”.

Yada salaq ki, Rusiya prezidenti Vladimir Putin keçən ay verdiyi açıqlamasında ölkəsinin bu il rekord miqdarda buğda məhsulu əldə ədəcəyini bildirmiş və bəzi ölkələrin aclıq təhlükəsi ilə üz-üzə qaldığını xatırladaraq bu vəziyyətin  günahının tamamilə “Qərb elitaları”nda olduğunu vurğulamışdı.

Qeyd edək ki, buğdanın qiyməti son iki ayda rekord həddə qalxsa da, bütün dünyada taxıl böhranı hiss olunur. Hava şəraiti və yeni növ koronavirus (Covid-19) epidemiyasından təsirlənən qlobal ərzaq bazarı fevralın 24-dən bəri davam edən Rusiya-Ukrayna müharibəsi və Qərbin Moskvaya qarşı sanksiyaları səbəbindən daha bir zərbə alıb.



Әlaqәli Xәbәrlәr