Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyəti İran əleyhinə qərar qəbul edib

Rusiyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana ofisi nəzdindəki daimi nümayəndəsi səfir Mixail Ulyanov Tvitter hesabında bu barədə açıqlama verib. O: “İran əleyhinə qərar 30 lehdə səslə qəbul edildi”.

1840328
Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyəti İran əleyhinə qərar qəbul edib

İran ilə əlaqəli qərarda qeyd olunub ki, İranın nüvə proqramının dinc yolla davam etdirilməsinə imkan yaradacaq səylərini Beynəlxalq Atom Enerjisi Agentliyi olaraq dəstəkləyirik. İranda 3 yerdə aşkar edilən və Agentliyə bildirilməyən nüvə tapıntıları ilə bağlı bu ölkənin quruma verdiyi açıqlama qane edici deyil, rəsmi Tehran qurumla əməkdaşlığı ləngitməməlidir. Həll ediləsi məsələlər var. Agentlik, Təminata Nəzarət Sazişi çərçivəsində hələ də həllini tapmamış məsələlərin həlli üçün İranla işləməyə hazırdır. Bu kontekstdə İran Agentliyin direktoru Rafeal Mariona Qrossinin tövsiyəsi çərçivəsində problemlərin həlli üçün vaxt itirməzdən lazımlı addımları atmalıdır.



Әlaqәli Xәbәrlәr